waplog

Çin dünyanın 500 ən güclü superkompüteri reytinqində liderdir


Çinin “Sunway Taihulight” və “Tianhe-2” superkompüterləri ardıcıl dördüncü dəfə dünyanın 500 ən güclü superkompüteri reytinqində birinci və ikinci yeri tutub.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Belta” resursuna istinadən yazır ki, bundan başqa, ölkə reytinqdə təqdim edilən superkompüterlərin ümumi sayına görə ABŞ-ı geridə qoyaraq dünyada birinci olub. Yeni reytinqdə Çin 202 superkompüterlə təmsil olunduğu halda ABŞ superkompüterinin sayı 144-dək azalıb.  
 
Qeyd edək ki, dünyanın 500 ən güclü superkompüteri reytinqi ildə iki dəfə dərc olunur. Liderlər sırasında yenidən yer alan Çinin “Sunway Taihulight” və “Tianhe-2” superkompüterlərinin məhsuldarlığı müvafiq olaraq 93 petaflops və 33,9 petaflops (1 petaflops - saniyədə 1 kvadrilyon əməliyyat) təşkil edir.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL