waplog

“WhatsApp” messencerində yeni səs funksiyası sınaqdan keçirilir


“WhatsApp” messencerinin yaradıcıları "push-to-talk" səsli mesaj funksiyasını 2013-cü ildə istifadəyə veriblər və həmin vaxtdan həmin funksiyada elə ciddi dəyişiklik edilməyib. İndi servis həmin funksiyanın üzərində işləyir.

“ICTnews” Elektron Xəbər Xidməti “hi-tech.mail.ru” saytına istinadən yazır ki, indi səsli mesaj yazmağa başlayan kimi “WhatsApp” mikrofon düyməsinin əvəzinə yeni üzə çıxan interfeys göstərəcək. İstifadəçi təxminən yarım saniyə sonra fasiləsiz səsyazma rejiminə keçə biləcək və artıq barmağı düymənin üzərində saxlamağa ehtiyac qalmayacaq.

Həmçinin birbaşa səsyazma zamanı əvvəlki mesajlarınıza baxmaq imkanı olacaq.

Lakin yeni rejimdə məhdudiyyətlər də nəzərdə tutulub. Birincisi, fasiləsiz səsyazma rejimində şəkillərə baxmaq və ya videolar izləmək, bundan başqa, səsyazma zamanı mesajlar çap etmək və başqa çatlara keçmək mümkün olmayacaq; bu, səs yazısının avtomatik silinməsinə gətirib çıxaracaq.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL