waplog

Smartfonların mobil şəbəkələrlə iş üçün sazlanması sadələşdiriləcək


“GSMA” Assosiasiyası operator sazlanmalarının smartfonların əməliyyat sistemləri ilə inteqrasiyası üçün açıq standart yaratmaq niyyətindədir. Hazırda bir sıra funksiyaların, məsələn, “VoLTE” və “Wi-Fi” ilə zənglərin dəstəklənməsi üçün bütün aparatlar operatorlar tərəfindən təsdiqetmə prosedurundan keçir. Şirkətlər əməliyyat sistemlərini sertifikatlaşdıraraq onlara sazlama faylları əlavə edirlər ki, buna da vaxt tələb olunur. “GSMA” problemin orijinal həllini təklif edərək bunun üçün bir sıra iri tərəfdaşlar cəlb etməyə nail olub.
 
“ICTnews” Elektron Xəbər Xidməti “4PDA” resursuna istinadən yazır ki, təşkilat operator sazlanmalarının vahid bazasının tətbiqini təklif edir: xidmət tədarükçüləri əməliyyat sistemlərinin sertifikatlaşdırılması əvəzinə universal fayl konfiqurasiyaları buraxmağa başlayacaqlar. Daha sonra texnologiyanı dəstəkləyən smartfonlar bütün sazlamaları SİM kart taxıldıqdan dərhal sonra avtomatik yükləyəcəklər. Beləliklə, istehsalçılar və operatorlar texnologiyanın hazırlanması və sınaqları üçün vəsaitə qənaət edəcək, istifadəçilər isə əməliyyat sistemi yenilənmələrini daha tez əldə edə biləcəklər.  
 
Məlumata görə, artıq təşkilatla “AT&T”, “Verizon”, “Three”, “Vodafone”, “Samsung”, “LG” və digər şirkətlər əməkdaşlığa razılığını verib. Vahid bazanın nə vaxt tətbiq ediləcəyi barədə məlumat verilmir.  

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL