waplog

Smartfon asılılığı ilə mübarizədə kömək edən qurğu təqdim olunub


Avstriyalı dizayner Klemens Şillincer tərəfindən təqdim edilmiş “Substitute Phone” adlı ixtira insanlara smartfon asılılığından xilas olmaqda yardımçı olacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, “Substitute Phone” qurğusunun yaradıcısının fikrincə, insanların əksəriyyəti telefonu praktiki istifadə üçün deyil, onu fırlatmaq və ya düymələrə sıxmaq üçün əlinə götürür. Yeni qurğu smartfon formasında hazırlanmış plastik kütlədir və əlin içində rahat şəkildə yerləşir. Qurğuya qurulmuş bir neçə daş muncuq dənəsini fırlatmaq olar. Şillincer bu qurğunu əvəzetmə terapiyası adlandırır.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL