waplog

2017-ci ilin ən yaxşı mobil proqramlarının reytinqi tərtib edilib


"Google Play" versiyasına görə, "Photo Lab" fotoredaktoru 2017-ci ildə "Android" mobil əməliyyat sistemi üçün ən yaxşı mobil proqram adına layiq görülüb. Bu proqramı 50 milyon istifadəçi quraşdırıb. "Google Play" öz seçimini belə izah edib ki, bu mobil proqram öz gözəl dizaynı, unikal yeniləməsi və xüsusi populyarlığı ilə seçilir".

"ICTnews" Elektron Xəbər Xidməti "vedomosti.ru" saytına istinadən yazır ki, "VK Live" mobil proqramı ən yaxşı əyləncəli tətbiq elan edilib. "VK Live" mobil tətbiqi 2017-ci ildə yükləmələrin sayına (5 milyon) görə lider olub.

Yol yoldaşlarının axtarışı üçün "BeepCar" xidməti ən yaxşı sosial proqram, "Journey" gündəliyi ən yaxşı gündəlik köməkçi adına layiq görülüb. Səyahətçilər üçün "Airbnb" xidməti ən innovativ proqramlar kateqoriyasında qalib gəlib. "Star Walk-dan Astronomiya" mobil proqramı uşaqlar üçün ən yaxşı seçim adlandırılıb.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL