waplog

“Google” şirkəti ucuz smartfonlar üçün “Android Oreo” (Go Edition) sistemini təqdim edib


"Google" şirkəti bu gün "Google For India 2017" tədbirində ucuz smartfonlar üçün platforma haqda əlavə təfərrüatlar elan edib. Xatırladaq ki, ilk öncə "Android Go" kod adlı platforma "Google I/O 2017" konfransında təqdim edilib. Sözügedən platforma 512 MB-1 QB əməli yaddaşa malik qurğular üçün nəzərdə tutulub.

"ICTnews" Elektron Xəbər Xidməti "ferra.ru" saytına istinadən yazır ki, indi "Android Oreo" (Go Edition) kimi təqdim edilmiş platforma "Android 8.1 Oreo" versiyasına əsaslanır. Proqramçıların sözlərinə görə, platforma 15% daha yüksək məhsuldarlıq təmin edir. Optimallaşdırma nəticəsində sözügedən sistem ucuz qurğularda sürətli işləyə bilir.

"Google" şirkətinin "Google Go", "Google Maps Go", "Gmail Go", "YouTube Go", "Google Assistant Go", "Files Go" kimi proqramları daha az yaddaş işlədirlər. Bundan başqa, "Google Play Store"nin xüsusi versiyası oxşar tərzdə optimallaşdırılmış proqramları seçib ayıracaq.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL