waplog

Dünyada ilk çap edilmiş “OLED panelləri təqdim edilib


Dünyada şırnaqlı çap metodunun köməyi ilə hazırlanmış ilk işıq diodu panelləri, nəhayət ki, satışa çıxarılıb. Yaponiyanın “JOLED” şirkəti tibbi monitorlarda istifadə üçün çap edilmiş panellərin ilk partiyasını tədarük edib.

“ICTnews” Elektron Xəbər Xidməti “hightech.fm” saytına istinadən yazır ki, 2014-cü ildə “Panasonic” və “Sony” şirkətlərinin ümumi müəssisəsi kimi təsis edilmiş “JOLED” şirkəti elastik ekranlar bazarında öz yerini tutmağa çalışır. Hazırda Cənubi Koreya istehsalçıları bu sektorda liderlik edirlər. Koreya şirkətləri panellərin istehsalı üçün vakuumda termik buxar texnologiyasından istifadə edirlər. “JOLED” şirkəti tərəfindən istifadə edilən şırnaqlı çap metodu isə istehsal xərclərini xeyli azaldır.

Nisbətən yüngül və əla rəng göstəricilərinə malik olan “JOLED” panellərini qatar, təyyarə, avtomobil və smartfonlarda istifadə etmək mümkün olacaq. "Biz, həmçinin televiziya panelləri istehsalçılarına bu texnologiyanın sirrini verə bilərik" – şirkətin əsas texniki direktoru Takubo deyib.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL