waplog

“Facebook” başqası tərəfindən yerləşdirilmiş şəkillərdə istifadəçilərin sifətini identifikasiya edəcək


“Facebook” sosial şəbəkəsi istifadəçilərə kimsə onlarla birgə çəkilmiş şəkli yüklədikdə (istifadəçi şəkildə qeyd edilməyibsə belə) bildiriş göndərəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “yugopolis.ru” saytına istinadən yazır ki, “Facebook” tərəfindən şəkildə tapılmış istifadəçi özünü qeyd edə, təklifdən imtina edə və ya şəkildə istifadəçinin o olmadığını bildirə bilər. Foto məxfilik sazlamaları ilə qorunduğu halda istifadəçi bildiriş almayacaq.

“Facebook”, həmçinin kimsə istifadəçi ilə çəkilmiş şəklini avatara yerləşdirdikdə həmin istifadəçiyə bildiriş göndərmək üçün sifətin tanınması texnologiyasından istifadə edəcək. Beləliklə, sosial şəbəkə “feyk”lərlə mübarizə aparmaq istəyir.

Emil Hüseynov


NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL