waplog

Yeni üçölçülü printer dərmanlar çap edəcək


ABŞ-ın Rod-Aylend ştatının “Vitae Industries” startapı tibbi müəssisələr üçün üçölçülü printer ixtira edib. “AutoCompounder” adlanan qurğu reseptə görə dərman həbləri yaratmağa imkan verir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, toster və ya çaydan ölçüsündə olan qurğu müxtəlif komponentli dərman həbləri çap edir. Lazımi dərmanı yaratmaq üçün xüsusi proqramda onun tərkibini seçərək çap komandasını vermək tələb olunur. “AutoCompounder” printerindən ciddi məhdudlaşdırılmış dozalı dərmanlara ehtiyac duyulanda istifadə nəzərdə  tutulur. Bu halda qurğu konkret xəstəyə uyğun dərman yaradacaq.
 
Məlumata görə, dərman və həblərin çap prosesi üçün 10 dəqiqə lazımdır. “AutoCompounder” printerinin qiymətinin 5 min dollar təşkil etməsi səbəbindən ondan istifadə hələlik məhduddur.
 
Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL