waplog

“Ağıllı” daşınan kamera təqdim olunub


"Ubiquiti Labs" şirkəti əlamətdar anları çəkməyə kömək edəcək "ağıllı" "FrontRow" daşınan kamerasını təqdim edib.  

"ICTnews" Elektron Xəbər Xidməti "Naked Science" resursuna istinadən yazır ki, "FrontRow" kamerasına iki kamera daxildir: onlardan biri qurğunun arxa tərəfində yerləşir və 8 meqapikselli sensorla təchiz edilib, digəri – 5 meqapikselli sensora malik ön kameradır. Qurğu, həmçinin 2 düymlü dairəvi maye-kristal sensor ekranla təchiz olunub. Bütün bunlar ovucun yarısı ölçüsündə kulonu xatırladan kiçik qurğuda toplanıb. Hər iki kamera videonu 1080p təsvir ölçüsündə çəkir və dərhal onu istifadəçinin seçəcəyi istənilən sosial şəbəkəyə translyasiya edir.

Məlumata görə, "FrontRow" kamerasının boyundan asılması üçün nəzərdə tutulmasına baxmayaraq arxa kamera kənara yönəlib. Belə yerləşmə istifadəçiyə qarşısında müəyyən hərəkət etməyən obyekt görən zaman tez onun şəklini və videosunu çəkməyə imkan verir. Qurğunun yuxarı hissəsində yerləşən konnektor ona digər modullar, məsələn, avtomobilin cihaz panelinə altlıq və ya bərkitmə quraşdırmağa şərait yaradır.
 
Qurğu, həmçinin obyektləri avtomatik izləməyə imkan verən giroskop və akselerometrə malikdir. Beləliklə, kameranın əllə döndərmə idarəetməsi ilə yanaşı, istifadəçi izlənilən və çəkilişin aparıldığı obyekti sadəcə göstərə bilər.

Hazırda "FrontRow" kamerası üçün "Indiegogo" vəsait toplanışı saytı vasitəsilə ilkin sifarişlər qəbul olunur. Pərakəndə satış qiyməti 399 dollar təşkil edəcək qurğunun tədarüklərinə növbəti ilin avqustunda başlamaq nəzərdə tutulur.

Nizam Nuriyev
 

FrontRow Director and Sidekick from Ubiquiti Networks on Vimeo.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL