waplog

Köhnə sistemli smartfonlarda “WhatsApp” messenceri dəstəklənməyəcək


“WhatsApp” messenceri 1 yanvar 2018-ci ildən etibarən “Windows 8.0” (həmçinin sonrakı versiyalar), eləcə də “BlackBerry OS” və “BlackBerry 10” əməliyyat sistemlərinin idarəetməsi ilə işləyən smartfonların dəstəklənməsini dayandıracaq. Bu barədə “International Business Times” nəşri məlumat verib.  

 “ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, bundan başqa, messencer “Nokia S40” smartfon modelini, 2020-ci ilədək isə “Android 2.3.7” sistemli (həmçinin sonrakı versiyalar) smartfonları dəstəkləməyəcək.
 
Dəstəklənmədən imtinanın tədricən həyata keçiriləcəyinin gözlənilməsinə baxmayaraq son nəticədə qurğu istifadəçiləri bir sıra funksiyalardan məhrum olacaq.
 
Qeyd edək ki, “WhatsApp” dünyanın ən populyar messencerlərindən biridir. 2009-cu ildə Kaliforniyada proqramçılar Yan Kum və Brayan Ekton tərəfindən yaradılan servis 2014-cü ilin fevralında 19 milyard dollara “Facebook” sosial şəbəkəsinə satılıb. 

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL