waplog

Süni intellekt alqoritmləri xəstəlikləri diaqnozlaşdıracaq


Bu il Böyük Britaniyanın dövlət xəstəxanalarında həkimlərə ürək və ağciyər xəstəliklərinin diaqnozlaşdırılmasında kömək edəcək ilk süni intellekt alqoritmlərinin tətbiqinə başlanılacaq. Bütün xəstələr süni intellekt xidmətlərindən pulsuz yararlana biləcək.
 
“ICTnews” Elektron Xəbər Xidməti “Hi-News” resursuna istinadən yazır ki, səhiyyə sahəsi üzrə ekspertlər əmindir ki, xəstəliklərə diaqnozun qoyulması üçün süni intellektin tətbiqi hər il 1 milyard funtadək vəsaitin qənaətinə kömək etməklə yanaşı, xəstəliklərin diaqnozlaşdırılması prosesini sürətləndirəcək – alqoritmlər şəkillərlə sürətli və fasiləsiz işləyəcək. Bu isə öz növbəsində tibbi heyətin yorulması ilə əlaqədar məhsuldarlığın aşağı düşməsinin qarşısını alacaq.
 
Məlumata görə, ağciyər xərçəngini aşkarlayan və ürək-damar xəstəliklərini diaqnozlaşdıran süni intellekt əsaslı sistemlər Con Redkliff adına Hospitalın mühəndisləri tərəfindən hazırlanıb. “Ultromics” alqoritmi infarkt və ağciyər xərçəngi əlamətlərini aşkarlamaqla yanaşı, rentgen şəkillərində kiçik detallara diqqət yetirir və digər xəstəliklərin müəyyənləşdirilməsinə kömək edir.
 
Bildirilir ki, həkimlər arasında diaqnozqoymada səhvlərə tez-tez rast gəlindiyinə görə tərtibatçılar tərəfindən alqoritm tibb müəssisələrinə pulsuz təqdim ediləcək. “BBC” televiziya şirkətinin məlumatına görə, hər il orta statistik xəstəxanada çəkilən 60 min şəklin 12 mini səhv diaqnozun qoyulmasına səbəb olur.
 
Hazırda proqram təminatının sınaqları aparılır və onun nəticələrinin dərc olunmamasına baxmayaraq həkimlər süni intellektin şəkillərə görə diaqnozqoymanın öhdəsindən insanlardan daha yaxşı gəlməsini qeyd edirlər.
 
Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL