waplog

Yeni “Apple” smartfonu nə vaxt buraxılacaq?


ABŞ-ın “Apple” şirkətinin yeni “iPhone SE 2018” smartfonunun martda satışa çıxarılacağı məlum olub.

“ICTnews” Elektron Xəbər Xidməti “VistaNews” resursuna istinadən yazır ki, modelin ucuz versiyasının 2-3 ay sonra buraxılacağı gözlənilir. Qeyd olunur ki, onun texniki xüsusiyyətləri “iPhone 7” smartfonundan zəif olacaq. “Selfie” həvəskarları üçün 12 meqapikselli ön kamera nəzərdə tutulub. 2 giqabaytlıq operativ yaddaşla təchiz ediləcək qurğunun ekran diaqonalının ölçüsü 4 düym təşkil edəcək. Smartfon digər xüsusiyyətlərinə görə “iPhone 7” modelinə uyğun olacaq.

Məlumata görə, yanvardan etibarən Tayvanın “Wistron” şirkəti “Apple” məhsullarının buraxılışına başlayacaq və bu, qurğunun qiymətinə təsir göstərə bilər. Analitiklərin fikrincə, yeni “Apple” smartfonunun qiyməti təxminən 400 dollar təşkil edəcək.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL