waplog

“Dünya Gənclər Festivalı – Azərbaycanı tanı”


Oktyabrın 15-də Gəncə şəhərində “Bakcell” şirkətinin sponsorluğu və “İrəli” İctimai Birliyinin təşkilatçılığı ilə “Dünya Gənclər Festivalı – Azərbaycanı tanı” adlı beynəlxalq festivalın rəsmi açılış mərasimi keçirilib.

13-20 oktyabr tarixlərini əhatə edən festivalın məqsədi dünyanın müxtəlif ölkələrindən olan gəncləri bir araya gətirərək Azərbaycan mədəniyyətini, adət-ənənələrini, zəngin tarixini təbliğ etmək və dünyaya sülh və birlik mesajı verməkdir. Festivala dünyanın 50-dən çox ölkəsini təmsil edən 100 nəfər gənc qatılıb.

Oktyabrın 15-də baş tutan açılış mərasimində Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyev, Azərbaycan Respublikasının Gənclər və idman naziri Azad Rəhimov, Azərbaycan Respublikası Prezident Administrasiyasının Siyasi təhlil və informasiya təminatı şöbəsinin müdiri Elnur Aslanov, “Bakcell” şirkətinin Korporativ kommunikasiya şöbəsinin müdiri Pərvanə Məmmədova, BMT-nin “İnkişaf Proqramı” rəhbərinin müavini Nato Alhazaşvili, “İrəli” İctimai Birliyinin sədri, millət vəkili Ceyhun Osmanlı və Gəncə şəhərindən seçilmiş millət vəkilləri iştirak ediblər.

Tədbirdə çıxış edən “Bakcell”in Korporativ kommunikasiya şöbəsinin müdiri Pərvanə Məmmədova təmsil etdiyi şirkətin Azərbaycan mədəniyyətinin təbliğinə və gənclərin inkişafına xüsusi önəm verdiyini vurğulayıb.

Onun sözlərinə görə, dünyada sülhün və əmin-amanlığın bərpasında gənclərin rolu böyükdür: “Ümid edirəm ki, festival müddətində sizdə Azərbaycanın qədim tarixi, mədəniyyəti, incəsənəti, adət-ənənələri və əlbəttə ki, qədim Gəncə şəhəri haqqında aydın təsəvvür formalaşacaq.

Biz, dünyada sülhün bərqərar olmasında gənclərin çox vacib rol oynadığına inanırıq. Bu festival “Bakcell”in “Daha yaxın olaq” fəlsəfəsinə əsaslanan iki mühüm dəyəri – Azərbaycan mədəniyyətinin təbliğini və gənclərin inkişafını bir arada birləşdirir”.

P.Məmmədova festivalla “Bakcell”in gənclər üçün nəzərdə tutulan yeni “CİNeration” kampaniyasının üst-üstə düşdüyünü də bildirib: “Cəmi bir neçə gün öncə “Bakcell” şirkəti yeni informasiya və kommunikasiya texnologiyalarını öz həyatlarının mühüm bir hissəsi hesab edən dinamik və müasir gənclər üçün nəzərdə tutulan yeni “CİNeration” tarifini təqdim edib. Bu, bizim gənclərə verdiyimiz önəmin daha bir nümunəsidir”.

“Bakcell” adından iştirakçılara “CİNaration” tarif paketinin hədiyyə olunduğunu qeyd edən P.Məmmədova onların “CİNeration” istifadəçiləri sırasına qoşulan ilk dünya gəncləri olduğunu qeyd edib.

Rəsmi açılış mərasimindən sonra qonaqlar “Gəncə Gənclər Evi”nin tikiləcəyi yerə baş çəkib, bu məqsədlə hazırlanan simvolik şarları havaya buraxıb və Gəncənin məşhur “Xan Bağı”nı və şəhər meydanını gəziblər.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL