waplog

Oxunulan mətnin anlanması testində insan göstəricilərini üstələyən alqoritmlər yaradılıb


Çinin “Alibaba” şirkəti oxunulan mətnin başa düşülməsi testində insan göstəricilərini üstələyən süni intellekt sistemi yaradıb.
 
“ICTnews” Elektron Xəbər Xidməti “NEWSru” resursuna istinadən yazır ki, söhbət “Wikipedia” ensiklopediyasının 500-dən çox məqaləsi əsasında tərtib edilən 100-dən çox sualın daxil olduğu Stenford Universitetinin hazırladığı testdən gedir. Bununla yanaşı, sualların cavabları məqalə mətnlərində həm birbaşa, həm də nəticə şəklində olub.
 
Testin yekunu üzrə “Alibaba” tərəfindən yaradılan alqoritm 82,44 bal topladığı halda insanın sınaqdan keçmə nəticəsi 82,304 təşkil edib. Həmçinin qeyd olunur ki, “Microsoft” korporasiyası tərəfindən hazırlanan daha mükəmməl süni intellekt sınaqda 82,65 bal toplayıb, lakin nəticə “Alibaba” alqoritminin göstəricisindən bir gün sonra təsdiq edilib ki, bu da onu insanı geridə qoyan ilk alqoritm hesab etməyə imkan verir.
 
“Alibaba” layihəsi iştirakçısının sözlərinə görə, istifadə edilən texnologiya müxtəlif proqramlarda, o cümlədən müştəri xidmətlərində, muzey bələdçiləri və ya tibbi məsləhətlər servislərində istifadə oluna bilər.
 
Xatırladaq ki, ötən yay Çin hökuməti 2025-ci ilədək ölkə iqtisadiyyatına 60 milyard dollar məbləğində illik qazanc gətirəcək süni intellekt sənayesi yaratmaq niyyətində olmasını bəyan edib. 2030-cu ilədək Çin Xalq Respublikasının bu sahədə dünya lideri olacağı gözlənilir. 2017-ci ilin dekabrında “Google” şirkətinin Pekində süni intellektin tədqiqi üzrə mərkəz açacağı məlum olub.
 
Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL