waplog

Smartfonların qiymətinin sürətlə bahalaşacağı proqnozlaşdırılır


Smartfon, elektromobil və kompüterlərin istehsalı təhlükə altında ola bilər. Buna səbəb kimi akkumulyator istehsalında istifadə edilən kobaltın qiymətinin kəskin bahalaşması göstərilir.
 
"ICTnews" Elektron Xəbər Xidməti "Lenta" resursuna istinadən yazır ki, ötən il ərzində metalın bir tonunun qiyməti 33,2 min dollardan 75 min dollaradək bahalaşıb.
 
Məlumata görə, bir smartfonun istehsalında 5-10 qramadək, noutbukun - 30 qram, elektromobil batareyası üçün 5-20 kiloqram kobalt istifadə edilir.
 
Ümumilikdə 6 milyon ton ehtiyatın tədqiqi aparılıb. Konqo Demokratik Respublikasında metal ehtiyatı 3,4 milyon ton təşkil edir. Bundan başqa, kobalt ehtiyatları Avstraliya (1 milyon ton), Kuba (500 min ton), Filippin (290 min ton), Kanada (270 min ton), Zambiya (270 min ton) və Rusiyada (250 min ton) var. Ekspertlərin hesablamalarına görə, bu gün benzin mühərrikli bütün avtomobillər elektromobillərlə əvəz edilsə, 14 milyon ton kobalt tələb olunacaq ki, bu da planetdə mövcud ehtiyatları iki dəfə üstələyir.
 
Vəziyyəti mürəkkəbləşdirən odur ki, Konqo Demokratik Respublikasında iqtisadi və siyasi vəziyyət qeyri-sabitdir. Kobalt hasilatında təhlükəsizlik qaydalarına əməl olunmur, uşaq əməyindən istifadə edilir.
 
 
Mütəxəssislər tərəfindən yaranmış vəziyyətdən çıxış üçün akkumulyatorlarda kobaltın digər metallarla əvəz olunması qeyd edilir.
 
Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL