waplog

Koreya və Azərbaycan arasında Coğrafi İnformasiya Məkanı sahəsində «Anlaşma Protokolu» imzalanıb


Koreyanın Torpaq, Nəqliyyat və Dəniz Məsələləri üzrə Nazirliyi ilə Azərbaycanın Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi arasında Coğrafi İnformasiya Məkanı sahəsində «Anlaşma Protokolu»nun imzalanma mərasimi keçirilib.

Komitədən verilən məlumata görə, anlaşma protokolu əsasında əməkdaşlığın məqsədi araşdırma, kadastr, coğrafi informasiya sistemləri üzrə bacarıq, təcrübə, informasiya mübadiləsi hesabına qarşılıqlı faydanı artırmaqdır.

Əməkdaşlığın əhatə dairəsi - xəritəçəkmə, kadastr, coğrafi informasiya sistemləri və digər coğrafi informasiya ilə bağlı təcrübə, informasiya və bilikləri bölüşmək ilə yanaşı, coğrafi informasiya məkanı ilə bağlı layihələrdə hər iki ölkə şirkətlərinin iştirakını təşkil etməkdir.

Anlaşma protokolu əsasında qarşılıqlı maraq doğuran sahələr üzrə təhsil proqramlarının hazırlanması və yaxud birgə simpoziumların, layihələrin həyata keçirilməsi, hər iki tərəfin birgə razılaşdığı digər metodlar nəzərdə tutulur.

Hər iki tərəf anlaşma protokolunun məqsədini yerinə yetirmək üçün dövlət orqanları və özəl şirkətlər arasında birbaşa əlaqə və əməkdaşlığı təşviq edəcək və canlandıracaq.

Eyni zamanda tərəflər iki ölkə şirkətləri üçün birbaşa əməkdaşlıq sistemi yaradacaq və dostluq münasibətlərinin yaradılması səylərini dəstəkləyəcəklər.

Əməkdaşlıq metodlarını müzakirə etmək və məlumat mübadiləsi aparmaq məqsədilə hər iki tərəf arasında qarşılıqlı razılaşdırılmış məkanda və tarixdə işçi səviyyəsində görüşlər keçirə bilər.

Anlaşma Protokolunun bütün əməkdaşlıq metodları və formaları tərəflərin daxili qanun və qaydalarına uyğun olacaq və tərəflərin işçi qüvvəsi, maliyyə və digər resurslardan istifadə edə biləcək.

Qeyd edə ki, sənədi Azərbaycan tərəfdən Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin sədri Qərib Məmmədov, Koreya tərəfdən isə Koreyanın torpaq, nəqliyyat və dəniz məsələləri üzrə nazir müavini Pak, Sanq-U imzalayıblar.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL