waplog

“Microsoft” korporasiyası dünyanın texnoloji liderləri reytinqində birincidir


“Reuters” İnformasiya Agentliyinin sahibi “Thomson Reuters” korporasiyası ilk dəfə texnoloji sahədə maliyyə baxımdan ən uğurlu və səmərəli təşkil olunan şirkətləri müəyyənləşdirən “Top 100 Global Technology Leaders” reytinqini dərc edib.

“ICTnews” Elektron Xəbər Xidməti “DailyComm” resursuna istinadən yazır ki, siyahıya “Microsoft” korporasiyası başçılıq edir. Sonrakı pillələrdə prosessor istehsalçısı “Intel” və şəbəkə nəhəngi “Cisco” qərarlaşıb. Həmçinin ilk onluğa ABŞ-ın yüksək texnologiyalar nəhəngləri “Apple”, “Alphabet”, “IBM” və “Texas Instruments” daxil olub. Liderlər onluğunu Tayvanın kontraktlı yarımkeçiricilər istehsalçısı “TSMC”, Almaniyanın proqram təminatı istehsalçısı “SAP” və İrlandiyanın idarəetmə konsaltinqi, informasiya texnologiyaları və autsorsinq sahəsində xidmətlər təklif edən “Accenture” şirkəti tamamlayıb.

Dünyanın 100 texnoloji lideri reytinqinə daxil olan digər 90 şirkət arasında dünyanın nəhəng pərakəndə internet satış mağazası “Amazon.com” və “Facebook” sosial şəbəkəsi yer alıb. İlk onluğa daxil olmayan bu və ya digər iştirakçılar reytinqdə sıralanmayıb.

Məlumata görə, siyahıda yerlər şirkətləri maliyyə vəziyyəti, idarəetmənin effektivliyi və sərmayədarların etibarı, risk və sabitlik faktorları, normativ-hüquqi uyğunluq, innovasiyalar, kadrlar və sosial məsuliyyət, ətraf mühitə təsir və reputasiya kimi kriterilərə görə qiymətləndirən 28 faktorlu alqoritm əsasında bölüşdürülüb.

Texnoloji nailiyyətlərin qiymətləndirilməsində şirkətlərin patent fəallığı nəzərə alınıb, istehsalçılar haqqında xəbərlərdə və bir sıra sosial resurslarda məlumatlardan isə şirkətin ictimai reputasiyasının ölçülməsi üçün kriteri kimi istifadə olunub.

Maliyyə uğuru göstəricisi kimi mədaxil barədə məlumatlar əsas götürülüb. Reytinqə illik dövriyyəsi 1 milyard dollara yaxın iştirakçılar daxildir.

Siyahıdan məlum olub ki, texnologiyalar sahəsində dünya liderləri kimi tanınan 100 şirkətin 45-i ABŞ ərazisində fəaliyyət göstərir. İştirakçıların sayına görə ikinci yeri Yaponiya və Tayvan paylaşıblar - ölkələrin hər birindən siyahıda 13 şirkət yer alıb. Üçlüyü reytinqdə 5 şirkətlə təmsil olunan Hindistan tamamlayıb.  

Reytinqin qitələrə görə bölünməsinin təhlili göstərir ki, ən çoxsaylı yarımqrup siyahıda sayı 47 təşkil edən Şimali Amerika şirkətləridir. İkinci yerdə 38 iştirakçı ilə Asiya qərarlaşıb. Avropadan siyahıya 14, Avstraliyadan isə 1 brend daxildir.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL