waplog

“Nokia” xərçəngin yaranmasını proqnozlaşdıracaq bilərzik hazırlayır


“Nokia” baş direktoru Raciv Suri şirkətin xərçəng xəstəliyinin yaranmasını bir neçə ay əvvəl proqnozlaşdıracaq qeyri-adi bilərziyin hazırlanması ilə məşğul olduğunu açıqlayıb. Bu barədə baş direktor Davos Dünya İqtisadi Forumunda məlumat verib.

“Güman edirik, biomarkerlər vasitəsilə xərçəng yaranmamışdan bir neçə ay əvvəl onu proqnozlaşdırmaq mümkün olacaq”, - o qeyd edib.

“ICTnews” Elektron Xəbər Xidməti “İzvestiya” resursuna istinadən yazır ki, baş direktorun sözlərinə görə, bilərzik insan qanında xolesterinin, şəkərin və ya süd turşusunun miqdarını skan etməklə xərçəngin qarşısını almağa kömək edəcək.

Həmçinin “Nokia” baş direktoru bildirib ki, tibb sahəsinin gələcəyi portativ skanerlərdən istifadədən, beşinci nəsil mobil rabitə (5G) texnologiyası və teletibdən asılıdır. O, əminliyini ifadə edib ki, “5G” rabitəsinin istifadəyə verilməsi ilə distansiyalı cərrahiyyə mümkün olacaq, çünki bu, informasiya mübadiləsində yubanma hallarını aradan qaldırmağa imkan verəcək. 
 
Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL