waplog

Yeni nəsil “OMAP 5” çiplərinin imkanı nümayiş etdirilib (VİDEO)


“Texas İnstruments” şirkəti smartfon, planşet kompyuterləri və digər mobil qurğular üçün “OMAP 5” prosessorunun məhsuldarlığı haqqında məlumat almağa imkan verən videoçarxlar göstərib.

“OMAP 5” tərkibinə 2,0 QHz takt tezlikli iki “ARM Cortex-A15” və aşağı səviyyəli rəqəmsal siqnalları idarə etmə və əsas nüvələrə yüklənmənin azalması üçün nəzərdə tutulmuş iki “ARM Cortex-M4” nüvəsi daxildir.

Bundan başqa, mikrosxemlər qrafik mühərrikə, yüksək dəqiqlikli videonun emalının sürətlənməsi blokuna, təhlükəsizliyin təmin olunması vasitələrinə və enerji istehlakını idarə etmə alətlərinə malikdirlər.

“OMAP 5” platforması üçün “3D” məzmun, “1080p” formatında videonun oxunması və yazılması, real vaxt ərzində “2D” qrafikanın “3D” qrafikaya çevrilməsinin dəstəklənməsi bildirilib . İddia edilib ki, yeni nəsil çiplər “3D” materiallarla əməliyyatların icra edilməsi zamanı məhsuldarlığın 5 qat artımını təmin edəcək.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL