waplog

Zəif inkişaf etmiş ölkələr ən yeni texnologiyalardan istifadədə irəliləyişə nail olublar


Zəif inkişaf etmiş ölkələrdə ən yeni texnologiyalardan istifadədə irəliləyişə nail olunub. Bu qrupa daxil olan 47 dövlətdə əhalinin təxminən 60 faizinin istifadə etdiyi "3G" mobil internet sistemi fəaliyyət göstərir.

"ICTnews" Elektron Xəbər Xidməti "BMT saytına" istinadən yazır ki, bu barədə Beynəlxalq Telekommunikasiya İttifaqı və BMT-nin zəif inkişaf etmiş ölkələr, inkişaf etmiş ölkələr, dənizə çıxışı olmayan ölkələr və inkişaf etməkdə olan kiçik ada dövlətləri üzrə ali nümayəndəsi tərəfindən hazırlanan yeni hesabatda deyilir. BMT bu dövlətlərin daha çox sakinin internetdən yararlanması üçün ondan istifadəni daha da sadələşdirməyə çağırır.

"Bütün maraqlı tərəflərin – hökumət, vətəndaş cəmiyyəti və özəl sektorun innovasiyalar sahəsində uğurlu əməkdaşlığı və təcrübə mübadiləsini davam etdirməsi böyük əhəmiyyətə malikdir. Bu, rəqəmli texnologiyalardan istifadədə fərqi aradan qaldırmağa və zəif inkişaf etmiş ölkələrə informasiya-kommunikasiya texnologiyaları sahəsində inkişafı sürətləndirməyə kömək edəcək", - BMT baş katibinin müavini və zəif inkişaf etmiş ölkələr, inkişaf etmiş ölkələr, dənizə çıxışı olmayan ölkələr və inkişaf etməkdə olan kiçik ada dövlətləri üzrə ali nümayəndəsi Fekitamoeloa Utoikamanu qeyd edib.

Hesabata görə, 2020-ci ilədək dünyanın zəif inkişaf etmiş ölkələrinin ərazisinin 97 faizi ucuz genişzolaqlı internet xidmətləri ilə təchiz ediləcək, bu isə öz növbəsində Dayanıqlı İnkişaf Məqsədlərini uğurla həyata keçirməyə imkan verəcək.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL