waplog

“Facebook” məsafədən kimliyi təsdiq edən startapı satın alıb


"Facebook" şirkəti istifadəçi tərəfindən təqdim edilən rəsmi sənədlərin (məsələn, şəxsiyyət vəsiqəsi və ya sürücü vəsiqəsi) əsilliyinin tez bir şəkildə yoxlanılması üçün öz tərəfdaşlarına API imkanı təqdim edən ABŞ-ın "Confirm.io" şirkətini satın alıb. Bostonda fəaliyyət göstərən startapın işi artıq dayandırılıb, onun bütün komandası və texnologiyaları "Facebook"a keçiriləcək.

"ICTnews" Elektron Xəbər Xidməti "hitech.vesti.ru" saytına istinadən yazır ki, sözügedən startap istifadəçilərin kimliyinin təsdiqi üçün onların vəsiqə məlumatları, smartfondan toplanılan biometrik məlumatlar və sifətin tanınması texnologiyasından istifadə edir.

"Facebook" şirkəti istifadəçi öz parolunu unutduqda və ya onun hesabına müdaxilə edildikdə əlavə eyniləşdirmə üçün "Confirm.io" həllindən istifadə edə bilər. Hazırda şirkət hesaba girişi bərpa etmək üçün kimliyi təsdiq edən şəxsiyyət vəsiqəsi və ya başqa sənədi skan edərək göndərməyi xahiş edir.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL