waplog

“Bütün Azərbaycana bağlan!”


“Azərcell Telekom” MMC Azərbaycan Respublikasının Müstəqilliyinin 20 illiyi ilə əlaqədar abunəçilərinə yeni “Bütün Azərbaycana bağlan!” kampaniyasını təqdim edir.

Artıq tarif paketindən asılı olmayaraq “Azərcell Fakturasız Xətt” abunəçiləri (SimSim) bütün Azərbaycanla bir qiymətə - dəqiqəsi 5 qəpiyə danışacaqlar.

Kampaniyaya qoşulmaq üçün balansa ən azı 5 AZN dəyərində danışıq kartı yüklənməlidir. Kart balansa yüklənən andan etibarən bütün “Azərcell” abunəçiləri 30 gün ərzində ölkə daxilində 1 dəqiqə = 5 qəpik tarifi ilə danışa biləcəklər. Əlavə hec bir gözlənilməyən xərc yoxdur.

Eyni zamanda kampaniyaya qoşulan “GəncSim” abonentlərinin 3-cü dəqiqədən sonra pulsuz danışıq imkanı olduğu kimi qalır.

Bir sözlə, “Azərcell”in abunəçiləri üçün yaratdığı bu imkandan yararlanın və bayram günlərində yaxınlarınızla doyunca danışın!

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL