waplog

Yerli istehsal olan “DocPad” planşetlərinə maraq artır


İlk milli noutbuk brendi olan NEXUS istehlakçıların tələbatlarına uyğun premium planşetlərinə maraq gün-gündən artmaqdadır.

Xarici oxşarlarından heç parametrləri ilə geri qalmayan və bir çox üstünlüklərinə görə onu üstələyən “DocPad” planşetləri 11.6 “HD Glare” sensor ekranlı, “İntel PieneView-M N450” prosessorlu, “2GB” əməli yaddaş qurğulu olaraq “Windows 7” əməliyyat sistemində hazırlanıb.

Aparılan sorğular nəticəsində yerli istehsala olan marağın daha çox olması üzə çıxıb və sorğuda iştirak edənlərin böyük əksəriyyəti qurğunu xarici analoqlarından üstün sayıb.

“DocPad” planşetləri müasir, cəlbedici dizayna malik olaraq sinfinin digər planşetlərindən “HDMİ”, “WiMAX” kimi texnologiyalarla təchiz olunması ilə fərqlənir. “DocPad” planşetləri həm fərdi istifadə, həm də müasir və premium hədiyyə kimi yararlıdır.

Çünki, sözügedən məhsul NEXUS-un A kateqoriyalı sinfinə daxil olaraq özünəməxsus, milli ornamentlərlə dizayn edilmiş qutu-qablaşdırılması vardır.Çəkisi isə cəmi 990 qramdır.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL