waplog

Dünyada “Chrome OS” sistemi ilə işləyən ilk planşet hazırlanıb


Londonda keçirilən “BETT 2018”  sərgisinin ziyarətçilərindən biri əvvəllər yalnız noutbuklara quraşdırılan “Chrome OS” əməliyyat sisteminin idarəetməsi altında işləyən ilk  planşetin təsvirini dərc edib.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, bu planşetlə bağlı heç bir məlumat yoxdur. “ChromeUnboxed” nəşri yazır ki, planşetin ekranının ölçüsü təxminən 8-10 düym olar. Həmçinin qurğu “Staedtler” stilusunun köməyi ilə daxiletməni dəstəkləyir.

“Google” artıq 1 il olar ki “Chrome OS” əməliyyat sisteminin planşetlər üçün uyğunlaşdırılması ilə məşğul olur.
Planşet istehsalı ilə internet nəhənginin özü və ya tərəfdaşların məşğul olacağı məlum deyil. Bundan başqa, son ildə “Chrome OS” ilə işləyən planşet istehsal edilməyib.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL