waplog

“Instagram”da videozənglər funksiyası istifadəyə veriləcək


“Instagram” sosial şəbəkəsində tezliklə videozənglər funksiyası istifadəyə veriləcək. Bu barədə “Wabetinfo” portalı məlumat verib.

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, məlumata görə, sosial şəbəkə hazırda istifadəçilər arasında videorabitə imkanını sınaqdan keçirir. Həmçinin əlavənin aktual versiyasının kodunda yeni “Instagram” funksiyasına eyham vurulub. Gələcəkdə bildirişlər blokunu açaraq konkret istifadəçini seçən zaman sağ yuxarı küncdə kamera nişanını görmək mümkün olacaq.

Əlavənin proqram təminatını tədqiq edən ekspertlər tərəfindən müəyyənləşdirilib ki, hazırda funksiya aktiv olmasa da, tezliklə istifadəçilər bir-biri ilə video vasitəsilə ünsiyyət qura biləcəklər. Texnologiyanın nə vaxt ümumi istifadəyə veriləcəyi naməlumdur.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL