waplog

Bu smartfon ən yaxşı avtonom işləmə müddətinə malikdir


“PhoneArena” resursu bu yaxınlarda təqdim edilmiş qabaqcıl “Honor V10”  smartfonunun avtonom işləmə müddəti üzrə nəticələrini dərc edib. Mütəxəssislər sözügedən aparatı ən müxtəlif istifadə ssenariləri (3G və Wi-Fi üzrə veb sörfinq, telefonla söhbət və videolara baxış) üzrə yoxlayıblar. Sözügedən aparat mobil bazarın liderləri arasında ən yaxşı nəticələrdən birini nümayiş etdirib.

“ICTnews” Elektron Xəbər Xidməti “4pda.ru” saytına istinadən yazır ki, “Honor V10” aparatı bütün qabaqcıl smartfonlar arasında Wi-Fi üzrə veb-sörfinq zamanı ən yaxşı nəticə (12,47 saat) nümayiş etdirib. Həmçinin digər hallarda avtonom işləmə müddəti çox yaxşı olub. “PhoneArena” resursunun əməkdaşlarının “Honor V10” aparatından standart istifadə zamanı avtonom işləmə müddəti 16 saat 27 dəqiqə təşkil edib.

“Honor V10” smartfonu 3750 milliamper/saat tutumlu akkumulyator, 2160x1080 piksel təsvir ölçülü displey, neyron hesablama moduluna malik səkkiznüvəli “Kirin 970” prosessoru ilə təchiz edilib. Aparat “EMUI 8.0” interfeysli “Android 8.0 Oreo” sisteminin idarəetməsi altında işləyir.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL