waplog

“iPhone X” zəngləri qəbul etmir


“iPhone X” qurğusunun sahibləri daxil olan zəng zamanı smartfonun heç bir reaksiya verməməsindən şikayət ediblər. İstifadəçilər çağırışı qəbul və ya ondan imtina edə bilmirlər.

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, istifadəçilər “Apple” şirkətinin texniki dəstək forumunda yazıblar ki, smartfon daxil olan zəng zamanı toxunuşlara reaksiya vermir və 10 saniyəlik donur. ABŞ şirkəti bu problem haqda xəbərdardır və onun həlli üzərində işləyir. İstifadəçilərdən biri məlumat verib ki, “Apple”ın servis mərkəzində onun smartfonunu yenisi ilə əvəz ediblər.

"Mən problemin məhz qurğu ilə bağlı olmasını düşünərək servis mərkəzinə müraciət etdim. Lakin mənə verilmiş yeni smartfonda da eyni problem mövcuddur. Problem proqram təminatı ilə bağlıdır. “Apple” şirkəti bu məsələni həll etməlidir, çünki bu, çox qıcıqlandırıcıdır" – problemlə üzləşmiş “iPhone X” sahiblərindən biri yazıb.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL