waplog

2018-ci ildə “3D” çap bazarının həcmi 12 milyard dollar təşkil edəcək


“IDC” analitiklərinin proqnozuna görə, 2018-ci ildə dünyada “3D” çap üçün avadanlıq, material, proqram və xidmətlərin satış həcmi ötən illə müqayisədə 19,9% yüksələrək təxminən 12 milyard dollar təşkil edəcək, 2021-ci ilədək isə bu göstərici 20 milyard dollara yaxınlaşacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “computerworld.ru” saytına istinadən yazır ki, “3D” çap texnologiyası əsasən diskret istehsalda tətbiq ediləcək; satış həcmində onun bazar payı 50%-i ötür. 2018-ci ildə tibbi müəssisələr “3D” çap texnologiyalarına 1.3 milyard dollar, təhsil sahəsi 974 milyon dollar, istehlak seqmenti isə 831 milyon dollar xərcləyəcək. 2021-ci ilədək istehlak seqmenti peşəkar xidmətlər və ticarət sahələrini geridə qoyacaq.

2018-ci ildə dünyada prototip, ehtiyat hissələri və yeni məhsulların detallarının istehsalına xərclərin 44%-i düşəcək. 2021-ci ilədək stomatoloji və digər tibbi məhsulların istehsalı müvafiq olaraq dördüncü və beşinci yerlərdə qərarlaşacaq.

Emil Hüseynov


NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL