waplog

Noutbuklarda “5G” şəbəkəsini dəstəkləyən yeni prosessor quraşdırılacaq


“Qualcomm” şirkəti noutbuklarda beşinci nəsil rabitə texnologiyasını (5G) dəstəkləyən yeni “Snapdragon 850” mobil çipinin quraşdırılacağını açıqlayıb.  

“ICTnews” Elektron Xəbər Xidməti “VistaNews” resursuna istinadən yazır ki, yeni prosessorun ölçüsünün böyük olması səbəbindən onun smartfonlarda quraşdırılmayacağı ehtimal edilir. Belə prosessor istənilən noutbuku beşinci nəsil mobil rabitə şəbəkələrində işləyən qurğuya çevirə biləcək.

Ekspertlərin fikrincə, “Snapdragon 850” onun “Intel” və ya “AMD” kimi rəqiblərindən daha məhsuldar olacaq. Çipin ultrabuklarda və fotoşəkil, oyunlar və videomontajın emalı üçün nəzərdə tutulmayan digər qurğularda quraşdırılması planlaşdırılır.

“5G” standartını dəstəkləyən ilk qurğuların bu il nümayiş olunacağı, satışına isə 2019-cu ilin əvvəlində başlanacağı gözlənilir.

Qeyd edək ki, “5G” mövcud “4G” şəbəkəsini əvəz edəcək yeni nəsil rabitə şəbəkəsidir. Proqnozlara görə, şəbəkədən 2020-ci ildən etibarən bütün dünyada istifadə mümkün olacaq. Bundan sonra yalnız smartfonlar üçün optimallaşdırılan “4G” şəbəkəsindən fərqli olaraq milyardlarla qurğunun qoşulacağı “5G” şəbəkəsi məlumatların yüksək sürətlə ötürülməsini, zəif yubanma dərəcəsini, eləcə də enerjidən az istifadəni təmin edəcək.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL