waplog

ABŞ-da yaddaşı gücləndirən qurğu sınaqdan keçirilib


Amerikalı alimlər beynin elektrostimulyasiyası vasitəsilə yaddaşın gücləndirilməsi üçün nəzərdə tutulmuş qurğunu sınaqdan keçiriblər. Onların sözlərinə görə, sınaq iştirakçılarının sözləri yadda saxlamaq qabiliyyətini orta hesabla 15% artırmaq mümkün olub. Beləliklə, sözügedən texnologiya növbəti mərhələlərdən də uğurla keçərsə, onda onu yaddaşa təsir göstərən demensiya və kəllə-beyin travması zamanı tətbiq etmək mümkün olacaq.

“ICTnews” Elektron Xəbər Xidməti “naked-science.ru” saytına istinadən yazır ki, yeni qurğu epilepsiyadan əziyyət çəkən 25 pasiyent üzərində sınaqdan keçirilib. Xəstələrin hər biri bu zaman elektrokortikoqrafiya prosesindən (bilavasitə beyin qabığında qurulmuş elektrodların köməyi ilə beynin aktivliyinin monitorinqi) keçiblər. İştirakçılar 12 sözdən ibarət siyahını yadda saxlamalı idilər, bundan sonra isə onlardan bir neçə riyazi məsələni həll etmək tələb olunub, yəni iştirakçıların diqqətini qısa müddətə yayındırıblar. Alimlər sınaqlar zamanı pasiyentlərdə beynin, həmçinin gicgah nahiyəsinin aktivliyini izləyiblər. Beynin bu sahəsi hippokampla birgə insanda uzunmüddətli yaddaşı formalaşdırır, həmçinin vizual və eşitmə informasiyasının işlənməsində iştirak edir.

Sınaqlar zamanı xüsusi alqoritm sözləri yadda saxlama zamanı pasiyentin beyninin aktivlik səviyyəsini müəyyənləşdirib. Növbəti testlər zamanı aktivlik azaldığı halda elektrik impulsunun köməyi ilə beyni stimullaşdırıblar. Pasiyentlərin sözlərinə görə, bu hiss olunmayıb. Hər bir iştirakçı 25 tapşırıq yerinə yetirib. Beynin stimulyasiyası 15% daha çox söz yadda saxlamağa kömək edib.

Emil Hüseynov


NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL