waplog

Bu şirkət yararsız noutbuklarını geri çağırır


Çinin "Lenovo" kompüter istehsalçısı beşinci nəsil "ThinkPad X1 Carbon" noutbuklarını geri çağırır. Bu noutbuklar alışma riskinə görə təhlükə törədirlər.

"ICTnews" Elektron Xəbər Xidməti dailycomm.ru saytına istinadən yazır ki, məlum olub  ki, leptopun batareyası müvafiq şəkildə bərkidilməmiş vint səbəbindən zədələnə bilər. Bu isə akkumulyatorun çox qızmasına səbəb ola bilər.

2016-cı ilin dekabrından 2017-ci ilin oktyabrınadək buraxılmış 83 mindən çox beşinci nəsil "ThinkPad X1 Carbon" yığcam fərdi kompüteri geri çağrılacaq. İstifadəçilər "Lenovo"nun saytında qurğularının yararsız olub-olmamasını yoxlaya bilərlər. Yararsız noutbukların təmiri pulsuz həyata keçirilir.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL