waplog

“Facebook” şərhlərdən şikayət düyməsini sınaqdan keçirməyə başlayıb


“Facebook” sosial şəbəkəsi istifadəçilərə bu və ya digər şərhdən  moderatorlara şikayət etməyə imkan verən "downvote" düyməsini sınaqdan keçirməyə başlayıb. Yeni düymənin sınaqdan keçirilməsini əks etdirən ekran görüntüləri ilk öncə “Twitter”də peyda olub, daha sonra “Facebook”un nümayəndəsi “The Verge” nəşrinə bu informasiyanı təsdiq edib.

“ICTnews” Elektron Xəbər Xidməti hitech.newsru.ru saytına istinadən yazır ki, hazırda yeni funksiya ABŞ-dan olan “Facebook” istifadəçiləri arasında sınaqdan keçirilir. "Downvote" düyməsinə sıxdıqda sosial şəbəkə istifadəçi üçün şərhi gizlədir, bundan sonra ondan şərhin təhqir xarakterli, yanlış, yaxud müzakirə edilən mövzu ilə bağlı olub-olmadığını dəqiqləşdirməyi təklif edir. Bu halda şərhlərin altında yeni düymənin köməyi ilə edilmiş şikayətlərin sayı göstərilmir. Şirkətdən bildirilib ki, bu, “dislike” düyməsinin analoqu deyil, əks əlaqə sistemidir.

Emil Hüseynov



NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL