waplog

“Instagram” şəbəkəsi istifadəçilərin izlənilməsi ilə mübarizə aparacaq


“Instagram” sosial şəbəkəsində istifadəçilərə onlarla maraqlanan insanlar haqqında məlumat əldə etməyə kömək edəcək yeni funksiya istifadəyə verilib.  

“ICTnews” Elektron Xəbər Xidməti “Life” resursuna istinadən yazır ki, funksiya “Tarixçə” müəllifinə dərhal bildirişin skrinşotunun edilməsi haqqında xəbərdar olmağa imkan verəcək. Bundan başqa, “Instagram” konkret istifadəçinin adını göndərəcək. Funksiya əks istiqamətdə də işləyir – bildirişə baxanlara “tarixçə” sahibinin onların hərəkətləri barədə məlumatlı olacağı barədə xəbərdarlıq ediləcək. Sosial şəbəkə nümayəndələri sözügedən funksiyanın hansı məqsədlə tətbiq edilməsini şərh etmirlər. “Tarixçə” müvəqqəti janr hesab edilir – onlar 24 saat sonra yoxa çıxacaq.   

Lakin artıq proqram istifadəçiləri mühafizədən yan keçmə üsulunu kəşf ediblər. Onlardan biri “Tarixçə”ni açaraq smartfonu “təyyarə” rejiminə keçirən və skrinşot edən zaman “Instagram”ın istifadəçinin hərəkətlərini qeydə ala bilməyəcəyini bildirib.

Nizam Nuriyev 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL