waplog

Alıcılar 5,5 düymlük ekranlı smartfonlara daha çox üstünlük verir


“DeviceAtlas” şirkətinin analitiklərinin araşdırmasına görə, 5,5 düymlük ekrana malik smartfonlar qlobal mobil cihazlar bazarında daha populyardır.

“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, smartfonların satışı üzrə 2017-ci ilin statistikasına görə, Hindistan, ABŞ, Nigeriya və başqa ölkələrin bazarında satılmış aparatların 25%-i 5,5 düymlük telefonların payına düşür. Həmçinin Argentina, İsveç və İspaniyadan olan alıcıların təxminən 15%-i 5,5 düymlük telefonlara üstünlük verirlər. 4 düymlük smartfonlar ikinci yerdə qərarlaşıb. Kanada, Böyük Britaniya və Cənubi Afrikadan olan istehlakçıların 20%-i 4 düymlük smartfonları seçirlər.

Üçüncü yerdə 5,7 düymlük aparatlar gəlir. Ən çox Rusiya, Malayziya və Misirdən olan alıcılar bu qurğulara üstünlük verirlər. Böyük Britaniya, İtaliya, Kanadada böyük ekranlı smartfonlara maraq azdır: alıcıların 5%-dən az hissəsi belə qurğuları satın alır.

Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL