waplog

İnsan beyninin fəaliyyətini imitasiya edən çip yaradılıb


Kompüter yaxın gələcəkdə insanın baş-beyninin fəaliyyətini imitasiya edə biləcək.

“ICTnews” Elektron Xəbər Xidməti “Rambler” resursuna istinadən yazır ki, alimlərin fikrincə, insan beyninin fəaliyyətini imitasiya edən kompüter süni intellektin inkişafını gücləndirməyə kömək edəcək. ABŞ-ın Massaçusets ştatının mütəxəssisləri tərəfindən hazırlanan texnologiyanı belə kompüterin yaradılmasında növbəti addım hesab etmək mümkündür.

Məlumata görə, “Kik Riken” superkompüteri 1,74 milyard neyronun və 10,5 trilyon sinapsın aktivliyinin 1 saniyəsinin modelləşdirilməsi üçün 40 dəqiqə sərf edib ki, bu da insan beynində baş verən əməliyyatların yüzdə bir hissəsinə bərabərdir.

ABŞ mütəxəssisləri tərəfindən fəaliyyəti beyin hüceyrələrinin təsiri prinsipinə əsaslanan neyromorf çip təqdim olunub. Çipin germanium sinapslardan keçən elektrik cərəyanının gücü neyron birləşmələrində ionların axınına oxşar şəkildə tənzimlənir.

Nizam Nuriyev 


NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL