waplog

“Office 2019” əlavəsi “Windows 10” sistemində işləyəcək


“Office 2019” ofis əlavələri paketinin ilkin versiyası növbəti rübdə buraxılacaq və “Windows 10” əməliyyat sisteminin ildə iki dəfə yenilənməsini dəstəkləyən versiyalarında işləyəcək. Bu barədə “Microsoft” korporasiyasının məlumatında deyilir. Onlara, həmçinin “Ev” və “Peşə” versiyaları aiddir. Bundan başqa, korporasiya əlavələr paketinin köhnə “MSI” formatlı quraşdırma faylları şəklində yayılmasını dayandırmağı nəzərə tutur. “Office 2019” paketlərini adətən “Office 365” paketində istifadə olunan “Click-to-Run” metodu vasitəsilə quraşdırmaq mümkün olacaq.   

“ICTnews” Elektron Xəbər Xidməti “Computerworld” resursuna istinadən yazır ki, “Microsoft” nümayəndələrinin fikrincə, 10 il əvvəl buraxılan sistemlərin təhlükəsizliyinin təmin edilməsi çətin və səmərəsiz prosesdir. “Proqram təminatını müasir buraxılış rejiminə keçirmək lazmdır”, - korporasiyanın rəsmi bloqunda deyilir.

Məlumata görə, “Microsoft” korporasiyası “Office 2019” paketini baza plan dəstəyi şəklində 5 il və daha 2 il genişləndirilmiş şəkildə dəstəkləməyə hazırdır. Dəstəyin 14 oktyabr 2025-ci ildə dayandırılması planlaşdırılır. Bundan əlavə, “Office ProPlus” versiyasının yenilənmə rejiminin “Windows 10” sisteminin yenilənmə rejimi ilə uyğun gəlməyəcəyi təqdirdə onun dəstəyinin tədricən dayandırılması nəzərdə tutulur. “Windows 10” əməliyyat sisteminin korporativ versiyaları ildə iki dəfə yenilənməyən “LTSC” rejiminə malikdir, lakin 14 yanvar 2020-ci il tarixindən sonra bu versiyalar “Office” yenilənmə paketləri ilə təmin edilməyəcək.

Nizam Nuriyev 


NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL