waplog

“Asus” şirkəti dünyada ən nazik noutbuk təqdim edib


“Asus” şirkəti diskret qrafika ilə təchiz edilmiş dünyada ən nazik noutbukun satışına başlayıb. “ZenBook 13” (“UX331”) modeli “IPS” matrisli 1920x1080 piksel təsvir ölçülü 13,3 düymlük sensor ekranla təchiz edilib və qalınlığı 14 mm, çəkisi isə 1,12 kq-dır.

“ICTnews” Elektron Xəbər Xidməti “hitech.vesti.ru” saytına istinadən yazır ki, bundan başqa, “Asus” şirkətinin yeni məhsulu bazarda ən yaxşı oyun ultrabuku hesab edilə bilər: 2 QB-lıq yaddaşa malik “Nvidia GeForce MX150” videokartına malikdir. Həmçinin aparat dördnüvəli “Intel Core i5” prosessoru, 8 QB-lıq əməli yaddaş (LPDDR3), 256 QB tutumunda “SSD” daşıyıcı, 3 ədəd “USB 3.0” portu, təsvirin kənar ekranda göstərilməsi üçün “HDMI 2.0” interfeysi, “microSD” slotu və iki diapazonlu “802.11ac Wi-Fi” ilə təchiz edilib.

“ZenBook 13” noutbuku “Windows 10” əməliyyat sisteminin “Home” versiyasının nəzarəti altında işləyir. Akkumulyator batareyası sözügedən qurğunun təxminən 14 saat müddətində avtonom işləməsinə imkan verir. Noutbuk 50 dəqiqə müddətində 60%-dək enerji toplayır.

Emil Hüseynov


NRYTN
İKT
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL