waplog

“Galaxy Nexus”: “Android 4.0” platformasında ilk smartfon (VIDEO)


“Galaxy Nexus” “Android İce Cream Sandwich” (4.0) əməliyyat sistemi ilə işləyən ilk aparat olub. Həm smartfon, həm də planşetlərdə istifadə edilə bilən bu platforma təkmilləşdirilmiş interfeys, xəbərdarlıq mərkəzi və genişləndirilmiş çoxməsələlik vasitələri əldə edib.

“Face Unlock” funksiyası ön kameraya gülümsəyərək smartfonu blokdan çıxarmağa imkan yaradır. Beam alətlər dəsti “NFC” əlaqə vasitəsilə müxtəlif informasiya ilə (əlaqə, xəritə, videoçarx) mübadilə imkanını təmin edir.

Əməliyyat sisteminin digər xüsusiyyətləri arasında “Google+” sosial şəbəkəsi ilə inteqrasiya, yenilənmiş səyyah, təkmilləşdirilmiş kopyalama/yerləşdirmə funksiyaları, inteqrasiya olunmuş fotoredaktor var. “Galaxy Nexus” smartfonunun “ürəyi” 1.2 QHz takt tezlikli 2 nüvəli prosessordur .

Aparat 1 Qb əməli yaddaş, 16 və ya 32 QB tutumlu fləş daşıyıcı, “NFC” çipi, “Wi-Fi” (802.11b/g/n) və “Bluetooth 3.0” simsiz əlaqə adapterləri, “NFC”, akselerometr və rəqəmsal kompasla təchiz olunub. 1080p (saniyədə 30 kadr) formatında “HD” videonu dəstəkləyən 5 meqapiksel matrislə arxa kamera və 1,3 meqapiksel matrislə ön kamera var.

Yenilik 720×1280 nöqtə kəskinlikli 4,65 düym “Super AMOLED” sensor ekranla təchiz edilib. Ölçüləri 135,5×67,94×8,94 millimetr, çəkisi 135 qramdır.

“Galaxy Nexus” “HSPA+” mobil şəbəkəsində işi dəstəkləyir. ABŞ, Avropa və Asiyada aparatın satışları noyabr ayının əvvəllərində başlayır.



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL