waplog

Dünyada ilk uçan taksi nümayiş etdirilib


“Airbus” şirkəti “Vahana” layihəsinə məxsus dünyada “Alpha One” adlı ilk uçan taksinin uçuşu ilə əlaqədar video dərc edib.

“ICTnews” Elektron Xəbər Xidməti ria.ru saytına istinadən yazır ki, ABŞ-ın Oreqon ştatında keçirilmiş sınaqlar 53 saniyə davam edib. İstehsalçıların məlumatına görə, pilotsuz işləyən aparat 745 kq-dək yük qaldıra bilər, amma kabinədə yalnız bir sərnişin üçün yer var.

Tamamilə elektrik enerjisi ilə işləyən uçan taksi bir neçə mühərriklə təchiz edilib. Şirkətin rəsmisi bildirib ki, “Vahana”nın gücü havada 5 min metrdən yüksək hündürlüyə qalxmağa imkan verir.

“Alpha One” adlı uçan taksi üzərində işlərə 2016-cı ildə start verilib. “Airbus” şirkəti 2020-ci ilədək yeni məhsulu bazara çıxarmağı planlaşdırır.

Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL