waplog

Nazir “Rabitə” qadın voleybol komandasının üzvləri ilə görüşüb


Bu gün Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov Qətərin paytaxtı Dohada keçirilmiş Dünya çempionatında qızıl medal qazanan “Rabitə” qadın voleybol komandasının üzvləri ilə görüşüb.

Görüşdə nazir Azərbaycan prezidenti cənab İlham Əliyevin ölkəmizdə idmanın və bədən tərbiyəsinin inkişafına göstərdiyi diqqət və qayğıdan danışmış, ölkəmizi şərəflə təmsil edən bütün idmançılara xüsusi qayğı göstərildyini qeyd etmişdir.

Nazir Azərbaycanın idman şərəfinin qorunmasında 2004-cü ildə Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin təşəbbüsü ilə yaradılmış “Rabitə” idman klubunun da böyük rolu olduğunu qeyd etmiş, klubun qadın voleybol komandasının Qətərin paytaxtı Dohada keçirilən klublararası Dünya çempionatında qazandığı parlaq qələbədən məmnunluğunu ifadə etmişdir.

“Bu vaxta qədər bir çox beynəlxalq idman oyunlarında iştirak etmiş, parlaq qələbələri ilə xalqımızı sevindirmiş “Rabitə” qadın voleybol komandası tarixi qalibiyyət qazandı.

Əminəm ki, ölkə başçısının “Rabitə” voleybol komandasının idmançılarını qəbul etməyi və Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan kluba 500 (beş yüz) min manat məbləğində vəsait ayrılması ilə bağlı imzaladığı Sərəncam voleybolçuları yeni qələbələrə ruhlandıracaq.

Bu mövsüm sizi digər yarışlarda da gərgin oyunlar gözləyir. İndi əsas məqsəd Çempionlar Liqasının qızıl medallarını qazanmaqdır. Əminəm ki, bu oyunlarda da ölkəmizi layiqincə təmsil edəcəksiniz”- deyə nazir qeyd etmişdir.

Daha sonra klubun prezidenti Cəlil Cəfərov, komandanın baş məşqçisi Zoran Qayiş, kapitan Natalya Məmmədova göstərilən diqqət və qayğıya görə ölkə başçısına minnətdarlığını bildirmiş, bundan sonra da birincilik uğrunda mübarizələrini davam etdirəcəklərini qeyd etmişlər.

Tədbirdə “Rabitə” klubuna sponsorları tərəfindən hədiyyələr verilmişdir. Daha sonra Ə. Abbasova üzərində voleybolçuların imzası olan top hədiyyə edilmiş və xatirə şəkli çəkdirilmişdir.

NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL