waplog

“LTE” moduluna malik “Microsoft Surface Pro” planşeti ilkin sifariş üçün əlçatandır


“Microsoft” şirkəti ötən ilin oktyabrında “LTE Advanced” mobil rabitə dəstəkli “Surface Pro” hibrid planşetinin versiyasını elan etmişdi. İlk vaxtlar belə konfiqurasiyalı planşet yalnız biznes müştərilər üçün məhdud sayda təklif edilirdi. İndi isə “LTE” dəstəkli “Surface Pro” planşeti ilkin sifariş üçün əlçatandır.

“ICTnews” Elektron Xəbər Xidməti “ferra.ru” saytına istinadən yazır ki, hazırda “LTE” mobil rabitə dəstəkli “Surface Pro” planşetinin yalnız bir versiyası – “Intel Core i5” prosessoru, 8 QB əməli yaddaş və ya 256 QB-lıq tutuma malik sərtgövdəli daşıyıcı ilə təchiz edilmiş modeli əlçatandır. Qiyməti 1449 dollardır.

“LTE” mobil rabitə dəstəyi olmayan zəif modelin qiyməti 799 dollar, güclü modelin qiyməti isə 2699 dollar təşkil edir.

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL