waplog

Yaponiyada bağlamaların çatdırılmasında sürücüsüz avtomobildən istifadə planlaşdırılır


Yaponiya poçtu poçt şöbələri arasında bağlamaların çatdırılmasında şəhər küçələrində sürücüsüz avtomobilləri sınaqdan keçirmək niyyətindədir.

“Kiodo” agentliyinin məlumatına görə, çərşənbə günü Tokioda kapotuna Yaponiya Poçtunun loqotipi yapışdırılmış al-qırmızı rəngli sürücüsüz avtomobilin təntənəli mərasim və nümayişi keçirilib.

“ICTnews” Elektron Xəbər Xidməti “ria.ru” saytına istinadən yazır ki, qarşıdakı sınaqlar zamanı sürücüsüz avtomobil təxminən 2 km məsafə qət etməli olacaq. Sınağın başlama tarixi hələ bilinmir.

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL