waplog

“Samsung” holoqrafik virtual köməkçi konseptini nümayiş etdirib


Cənubi Koreyanın “Samsung” şirkəti “C-Lab” eksperimental laboratoriyasının əməkdaşları tərəfindən süni intellekt sahəsində hazırlanan bir neçə layihə haqda məlumat verib. Belə layihələrdən biri virtual ev köməkçisidir.

“ICTnews” Elektron Xəbər Xidməti hitech.newsru.ru saytına istinadən yazır ki, “Aurora” adlandırılmış sistem mobil proqram, həmçinin istifadəçi evdə olarkən smartfonu yerləşdirdiyi xüsusi qurğudan ibarətdir. Aparat enerji topladığı vaxt birləşdirici stansiyanın daxilində humanoid köməkçini təsvir edən psevdo holoqram peyda olur.

Təqdimat çarxına əsasən, “Aurora” istifadəçinin müxtəlif sorğularını başa düşə, ünsiyyəti dəstəkləyə, əşyaların psevdo holoqramını yarada və zəngləri qəbul edə bilər. Həmçinin virtual köməkçi smartfonun kamerasının köməyi ilə jest və emosiyaları başa düşərək virtual üz mimikasının köməyi ilə müvafiq reaksiya verir.

Bundan başqa, müxtəlif smartfon modellərinin sahibləri belə köməkçidən istifadə edə biləcəklər.

Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL