waplog

Yeni “Qualcomm Snapdragon” prosessoru “5G” şəbəkəsini dəstəkləyəcək


Hazırda “Qualcomm” şirkətinin üzərində işlədiyi “Snapdragon 855 Fusion” platforması gələcək mobil qurğuların əsasını təşkil edəcək. Sözügedən çip “5G” mobil rabitə şəbəkəsini dəstəkləyəcək.

“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, Yaponiyanın “SoftBank” telekommunikasiya media korporasiyasının maliyyə hesabatında “Snapdragon 855 Fusion” platformasına işarə edilib. Platformanın əsasını 2 əsas komponent (“Snapdragon X50 5G” mobil modemi və “Snapdragon 855 prosessoru”) təşkil edir.

Şayiələrə görə, “Snapdragon 855” çipi ən azı səkkiz hesablama nüvəsi ilə təchiz ediləcək. 2019-cu ilin əvvəlində kütləvi istehsalı planlaşdırılan çip 7 nanometrlik texnologiya üzrə hazırlanacaq.

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL