waplog

Bir ay müddətində avtonom işləyən telefon təqdim edilib


“Energizer” şirkəti “Power Max P20” adlı yeni telefonunu təqdim edib. Qurğu müasir smartfonlardan mexaniki klaviaturanın mövcudluğu ilə fərqlənir. Aparat 4000 milliamper/saat tutumuna malik akkumulyatorla təchiz edilib.
 
“ICTnews” Elektron Xəbər Xidməti life.ru saytına istinadən yazır ki, yeni telefon gözləmə rejimində 31 günədək işləyir. Həmçinin istifadəçilər 40 saatadək fasiləsiz danışa bilərlər.
 
Qurğu 2,8 düymlük ekrana malikdir. Həmçinin yeni telefonu smartfon üçün yığcam akkumulyator kimi istifadə etmək mümkündür: telefon tam ölçülü USB konnektorla təchiz edilib. Qurğu 2018-ci ilin ikinci rübündə təqdim ediləcək.
 
Emil Hüseynov 


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL