waplog

“Toshiba” şirkəti “Windows 10” sisteminin idarəetməsi altında işləyən "ağıllı" eynək təqdim edib


“Toshiba” şirkəti “Windows 10” əməliyyat sisteminin idarəetməsi altında işləyən “ağıllı” eynək təqdim edib. Qurğu “dynaEdge” adlandırılıb. Cihaz həm miniatür kompüter, həm də istənilən eynəyi “ağıllı” edə bilən optik modul rolunda çıxış edir.
 
“ICTnews” Elektron Xəbər Xidməti “belta.by” saytına istinadən yazır ki, modula 5 meqapiksel təsvir ölçüsünə və iki mikrofona malik mini-kamera, qulaqlıq və GPS modul quraşdırılıb. Optik modulla mikrokompüter arasında simsiz əlaqə yaratmaq hələ ki mümkün olmayıb. Hər iki komponent USB vasitəsilə qoşulur. Sözügedən qurğu hələ ki satışa çıxarılmayıb və yalnız korporativ müştərilərə əlçatandır.
 
 
Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL