waplog

“WhatsApp” messencerində mesajları silmək funksiyası təkmilləşdirilib


İndi həmsöhbətin qurğusundan mesajı 68 dəqiqə ərzində silmək mümkündür.

“WhatsApp” istifadəçilərinə arzuolunmaz mesajı silmək üçün daha çox vaxt verilib. Messencerin tərtibatçıları bu funksiyanı təkmilləşdiriblər. “WhatsApp”ın ən son beta-versiyası artıq yükləmə üçün əlçatandır.

“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, əvvəllər mesajı göndərmə anından 8 dəqiqə 32 saniyə ərzində silmək mümkün idi. İndi isə həmsöhbətin qurğusundan ona göndərilmiş mesajı 1 saat 8 dəqiqə ərzində silmək olar.

“WhatsApp” messencerinə mesajları silmək funksiyası ilk dəfə 2017-ci ilin payızında tətbiq edilib.

Emil Hüseynov



NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL