waplog

Evdəki bütün mikrobları məhv edən lampa yaradılıb


“Ellumi” lampasının yaradıcıları iddia edirlər ki, yeni lampa otaqdakı mikrob və başqa zərərli orqanizmlərin 99%-ni məhv edəcək. Bu halda sözügedən lampa böyüklər, uşaqlar və heyvanlar üçün təhlükəsizdir.

“ICTnews” Elektron Xəbər Xidməti “mail.ru” resursuna istinadən yazır ki, “Ellumi” lampasında ultrabənövşəyi və kimyəvi maddələrdən istifadə etmədən adi işıq diodlarına əsaslanan “VioSafe” texnologiyası tətbiq edilib. Texnologiya müəyyən dalğa uzunluqlu, insan üçün təhlükəsiz, amma bakteriya, kif, göbələk, mikroblar üçün zərərli olan işıqla işləyir.

“Ellumi” lampası dezinfeksiyadan başqa otağı işıqlandırır. Şirkətin nümayəndəsi bildirib ki, bu lampanı istənilən otaqda yerləşdirərək evi mikroblardan qorumaq olar. Görünüşcə adi işıqlandırma elementinə bənzəyən lampanın işləmə müddəti 36 min saat üçün hesablanıb.

Emil Hüseynov




NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL