waplog

İndi “iPhone” smartfonunun sürətinin azaldılmasını deaktiv etmək mümkündür


“Apple” korporasiyası çoxsaylı şikayətlərə reaksiya verib. İndi istifadəçilər “iPhone” smartfonunun məhsuldarlığına nəzarət edə biləcəklər.
 
“ICTnews” Elektron Xəbər Xidməti “life.ru” saytına istinadən yazır ki, “Apple” tərəfindən təqdim edilmiş “iOS 11.3” yeniləməsinin özəlliklərindən biri indi smartfonda prosessorun sürətinin planlı şəkildə azaldılmasının deaktiv edilməsinin mümkünlüyüdür. Bu haqda yeniləmənin təsvirində məlumat verilib.
 
Əməliyyat sistemində "akkumulyator vəziyyəti" adlı funksiyanın beta-versiyası istifadəçilərin ixtiyarına verilib. İstifadəçilər bu funksiyanın köməyilə smartfonun sürətinin azaldılmasını izləyə biləcəklər – proqram qurğunun akkumulyatorunun maksimum tutumunu və ən yüksək məhsuldarlığını əks etdirəcək. Bundan başqa, sözügedən funksiya aparat sahibinin istəyi ilə qurğunun sürətinin azaldılmasını deaktiv etməyə imkan verəcək.
 
 Emil Hüseynov


NRYTN
TEXNOLOJİ YENİLİKLƏR
POÇT
XƏBƏRLƏR
HAQQIMIZDA
İKT
ŞAD KODLARI
TANINMIŞLAR
MÜSAHİBƏLƏR
MARAQLI
TƏHLİL